Gənclər üçün istirahət düşərgəsi təşkil olunub

Muxtar respublikada gənclərinin asudə vaxtını səmərəli təşkil etmək və istirahət etmələrinə şərait yaratmaq məqsədilə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunub. Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurası tərəfindən birgə təşkil olunan 2 günlük düşərgədə ümumilikdə 50 gənc iştirak edib. Proqrama əsasən təyin olunan müddət ərzində müxtəlif idman oyunları, intellektual yarışma, bədii gecə, stolüstü oyunlar, həmçinin Ağbulaq kəndi ərazisinə gəzinti təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin Mətbuat Xidməti